
Rusiya prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya gələn xarici ölkə liderlərinin şərəfinə qala-ziyafət verib.
Reyting.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin ziyafətin açılışında qələbənin, sülhün və Rusiyanın dostlarının şərəfinə tost qaldırıb. Rusiya prezidenti qeyd edib ki, qələbənin əldə edilməsində həlledici rol SSRİ-yə məxsus olub. Eyni zamanda etiraf edib ki, Avropa, ABŞ, Afrika və Latın Amerikası xalqlarının ümumi səyləri qələbəyə gətirib çıxardı.
E. KAMAL