AZ

Uğursuzluqdan dərs alıb yoluna davam etməyin 6 yolu - SƏHƏR OXUSU

Sahibkarlıq elə bir yoldur ki, hər addımında həm həyəcan var, həm risk. Bəzən hər şey yaxşı gedir, bəzən isə yorulursan, sıxılırsan, hətta dayanmaq istəyirsən. Hamı ancaq uğurdan danışır, amma uğursuzluqdan danışan azdır. Halbuki uğursuzluq da bu yolun bir hissəsidir və çox vaxt ən dəyərli dərsləri məhz ordan alırıq.

Valyuta.az bu yazıda sizə uğursuzluğun necə bir fürsətə çevrilə biləcəyini, bu vəziyyətdə hansı yanaşmaların sizi ayaqda tutacağını və hətta daha güclü edəcəyini izah edəcək.

Çünki uğursuzluq son deyil, o, sadəcə yeni bir başlanğıcın xəbərçisidir.

Vəziyyəti qəbul edin

Nəzarətinizdə olmayan şeyləri aydın şəkildə anlayın. Unutmayın ki, bu bir marafondur. Kədərli hissləri tez bir zamanda arxada qoyun və bu vəziyyəti bir dərs kimi görüb yolunuza davam edin. Unutmayın, siz tək deyilsiniz. Ətrafınızda sizin kimi düşünən insanlar olsun. 

Sahibkarla münasibət qurmağın ən gözəl tərəfi, ətrafınızda sizin kimi düşünən insanların olmasıdır. Sahibkarlar yaxşı və pis günlərdə bir-birini dəstəkləyir.

Fasilə verin

Nə qədər inansanız da, etdiyiniz işdən bir addım geri çəkilin. Dərin nəfəs alın. Layihəyə bir müddət ara verin. Ailənizi və dostlarınızı ziyarət edin. Cəmi bir həyatımız var və zaman sürətlə keçir. Bu imtahanı keçəcəksiniz, lakin qalib gəlmək istəyirsinizsə, əvvəlcə boş fikirlərdən azad olmaq lazımdır.

Döyüşə hazır olun

Bu hər kəsin daşıya biləcəyi bir yük deyil. Bu, oyunda hisslərinizi bir kənara qoymalısınız. Bu bir işdir, bu bir döyüşdür. Özünüzü toplayın, yenidən hücuma keçin. Həyata keçirdiyiniz layihə uğur qazanmadımı? Pis olmayın. Əgər həvəsiniz, zəhmətsevərliyiniz, iradəniz varsa və bu keyfiyyətlərinizi doğru layihəyə yönəltsəniz, yenidən uğur qazacaqsız.

Realist olun

Bir gecədə uğur qazanmaq mümkün deyil. Uğurlu işlər illərlə vaxt tələb edir. Tələskən insanlar daha çox səhv edir. Əgər 100 uğurlu sahibkara anket keçirib ilk məhsullarında uğur qazanıbmı deyə soruşsanız, 99%-i uğursuz olduğunu deyəcək.

Müsbət olmağı öyrənin

Hər hansı bir qərar verməzdən və ya riskə girməzdən əvvəl, mövcud fərziyyələrinizin doğruluğunu obyektiv şəkildə yoxlayın. Unutmayın ki, bu gün sahib olduğunuz bilik və resurslarla daha pozitiv və rasional düşünmə bacarığını inkişaf etdirmək mümkündür. Uğursuzluğu qəbul edin. Uğursuzluq əla bir şeydir. Unutmayın, uğursuzluq sizi uğura yaxınlaşdırır.

Günay

Seçilən
0
valyuta.az

1Mənbələr