AZ

Milli dövlətçiliyimizin memarı

Azərbaycan xalqının Ümummilli Lideri, dünya siyasətinin əsas siması sayılan, bütün Türk millətinin dahi oğlu Heydər Əliyevin anadan olmasının 102-ciildönümü münasibətilə ölkə üzrə keçirilən növbəti tədbirlərdən biri Astara Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunmuşdu. “Konstitusiya Suverenlik İli” çərçivəsində təşkilatçıları Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı və Astara Pedaqoji Kolleci olan konfransa “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Yaradıcısı və Milli Dövlətçiliyimizin Memarı kimi” başlığı seçilmişdi.

Konfransa gələn qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış möhtəşəm abidəsini ziyarət etdilər, önünə tər güllər, çiçəklər düzdülər.

Konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlandı.

Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatı sədri Həbib Cəfərov və Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxovanın çıxışından sonra Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımovun “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının Yaradıcısı və Milli Dövlətçiliyimizin Memarı kimi” adlı məruzəsi oldu. Natiq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq bildirdi:- Müstəqil Azərbaycan həqiqətən Ulu Öndərin zəkasının məhsuludur. Dahi şəxsiyyət Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının memarıdır.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında deyildiyi kimi: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

Məruzə ətrafında çıxış edən Lənkəran Dövlət Universitetinin prorektoru, dosent Ramiz Şəmmədov, Lənkəran-Astara Regional təhsil idarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Məcidova, Masallı Regional kollecin direktor müavini Dilarə Hüseynova, Astara Şüvi kənd orta məktəbinin direktoru Adil Rzayev, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Əliyeva, Astara Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov, Astara Pedaqoji Kollecinin tələbəsi Aysel Qarazadə xüsusi olaraq vurğuladılar ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altinda daha da möhkəmlənir.

Torpaqlarımız 30 illik işğaldan azad olunub, suverenliyimiz tam bərpa edilib. Artıq Qarabağ münaqişəsi tarixdə qalıb. İşğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb. Bu qayıdış isə Ulu Öndərin ölkəyə rəhbərliyinə Möhtəşəm Qayıdışından qaynaqlanır.

Tədbirin yekununda kollecin rəhbərliyi tərəfindən konfransda fəallıq göstərən iştirakçılara fəxri fərmanlar verildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
0
ikisahil.az

1Mənbələr