Yeni araşdırmaya görə, gördüyümüz yuxu bizə adi şeyləri unutmağa və ekstremal vəziyyətləri daha yaxşı idarə etməyə kömək edə bilər. Araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, alimlər yuxuların yaddaşın möhkəmlənməsi və emosiyaların tənzimlənməsinə necə təsir etdiyini araşdırıb.
Tədqiqat müəlliflərindən biri qeyd edib: "Biz yuxu görən insanların emosional xatirələri daha yaxşı idarə etdiklərini gördük ki, bu da yuxuların bizə emosional təcrübələrin öhdəsindən gəlməyə kömək etdiyini sübut edir".
Yeganə