AZ

Ən böyük sualtı vulkan bu tarixdə PÜSKÜRƏ BİLƏR

Amerikanın Oreqon ştatının sahillərindən 480 km qərbdə yerləşən “Axial Seamount” adlı böyük sualtı vulkan püskürməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, “Axial Seamount” 1410 metr dərinlikdə yerləşir və burada iki kütləvi tektonik plitə (Sakit okean və Xuan de Fuka plitələri) daim bir-birindən uzaqlaşır və planetin səthi altında təzyiqin daimi artmasına səbəb olur.

Tədqiqatçılar qeyd ediblər ki, vulkan daha çox maqma ilə "şişdiyi" üçün orada zəlzələlərin tezliyi son illərdə kəskin şəkildə artıb, bu mümkün püskürmənin əlamətidir.

Vaşinqton Universitetinin Okeanoqrafiya Məktəbinin professoru və dəniz geofiziki Uilyam Uilkok deyib ki, hazırda gündə bir neçə yüz zəlzələ baş verir.

Seçilən
0
2
publika.az

3Mənbələr