AZ

İsrailin azad etdiyi fələstinli öldü

BAKI, 9 may. TELEQRAF

Bir müddət öncə İsrail tərəfindən azad edilən İordan çayının qərb sahilindəki Tülkərim sakini 43 yaşlı Mutasim Rəddad ölüb.

Teleqraf xəbər verir ki, bu barədə fələstinli məhbusların hüquqlarının müdafiəsi təşkilatı məlumat yayıb.

2006-cı ildə həbs olunan 2025-ci ilin fevralında məhbus mübadiləsi müqaviləsi əsasında azadlığa buraxılan fələstinlinin şəraiti acınacaqlı olan həbsxanada saxlanıldığı və bu üzdən orada xəstəlik tapdığı qeyd olunur.

Raddad Misirdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Seçilən
0
teleqraf.com

1Mənbələr