Bakı. Trend:
"Liverpul" futbol klubu Trent Aleksandr-Arnolda əvəzedicitapıb.
Trend-inməlumatına görə, yay transfer dönəmində komandadan ayrılmasıgözlənilən Trent Aleksandr-Arnoldun yerini doldurmaq üçün"Liverpul" "Bayer"in müdafiəçisi Jeremi Frimponqu transfer etməkniyyətindədir.
Leverkuzen təmsilçisinin 30 milyon funt qarşılığında futbolçununkeçidinə razılıq verəcəyi bildirilir. Frimponqa həmçinin "MançesterSiti" və "Seltik"in də maraq göstərdiyi qeyd olunur.
Qeyd edək ki, 24 yaşlı niderlandlı müdafiəçi cari mövsümdə 47matçda meydana çıxaraq 4 qola və 12 məhsuldar ötürməyə imza atıb.Onun "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.