ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə saziş müharibəni dayandırmaq üçün aparılan danışıqlarla bağlı deyil.
APA xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.
"ABŞ və Ukrayna arasında İqtisadi Tərəfdaşlıq Sazişi ayrıca dinamikadır. Bu, davam etməli və gələcəkdə münaqişə bitdikdən sonra Ukraynanın bərpası üçün pul təmin etməli olan bir əməliyyatdır", - o bildirib.
Bryus həmçinin qeyd edib ki, söhbət Ukrayna ilə ABŞ arasında nəsillər boyu davam edəcək, hər bir ukraynalı üçün mənalı olacaq və ölkələrinin milli təhlükəsizliyini gücləndirəcək iqtisadi tərəfdaşlıqdan gedir.