AZ

Çin XİN: Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır

BAKI, 9 may. TELEQRAF

Rusiya ədalətli sülh sazişinə nail olmaq üçün Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən görüş zamanı Çin sədri Si Cinpinə bildirib.

"Putin Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı Çinin obyektiv və qərəzsiz mövqeyini yüksək qiymətləndirir və Rusiya tərəfinin ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazır olduğunu ifadə edir, ədalətli və davamlı sülh sazişinə nail olmağa ümid bəsləyir", - məlumatda deyilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr