AZ

KİV: Britaniya Rusiya neftinin satışına qarşı sanksiyalar tətbiq edəcək

Böyük Britaniya hökuməti Rusiyanın “kölgə donanması” adlandırılan və Rusiya neftinin satışına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə edildiyi iddia edilən 100 neft tankerinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmer mayın 9-da Osloda keçiriləcək Avropa Müdafiə Sammitində yeni tədbirləri açıqlayacaq.

Məsələ ilə bağlı əlavə məlumat verilməyib.

“Financial Times”ın məlumatına görə isə Avropa İttifaqı da öz növbəsində 17-ci sanksiyalar paketinə 149 neft tankerini daxil etməyi planlaşdırır.

Seçilən
0
3
apa.az

4Mənbələr