Moskva bu gün xarici liderlərin iştirakı ilə keçirilən qəbulda Prezident Vladimir Putin İkinci Dünya Müharibəsində qələbəyə kimin daha çox töhfə verdiyi ilə bağlı çıxış edib.
KONKRET.az xəbər verir ki, o, bu mövzuda son günlər ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi fikirlərə dolayısı ilə cavab verib.
Putin bildirib ki, nasizm üzərində qələbədə həlledici rolu Sovet İttifaqı oynayıb və bu, tarixdən silinə bilməz: “Nasizmin məğlub edilməsində əsas rol Sovet İttifaqına məxsusdur. Bu, elə bir tarixi həqiqətdir ki, heç kim onu nə susdura, nə təhrif edə, nə də inkar edə bilər”.
Xatırladaq ki, Tramp bir neçə gün əvvəl verdiyi açıqlamada ABŞ-ın müharibədə həlledici rol oynadığını vurğulamış və “Bizsiz bu qələbə mümkün olmazdı… Əsas amil biz idik” – demişdi.
Görünür, Rusiya Prezidenti bu fikirlərə cavab olaraq Sovet İttifaqının rolunu ön plana çəkməklə ABŞ-a siyasi mesaj göndərib.
Natiq Səlim,
KONKRET.az