AZ

200 milyard dollarlıq sərvətini nə edəcəyini açıqladı

Amerikalı milyarder və “Microsoft” şirkətinin qurucusu Bill Qeyts qarşıdakı 20 il ərzində sərvətinin böyük hissəsini xeyriyyə işlərinə bağışlamaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə o öz şəxsi bloqunda bildirib.

O, 2045-ci ilə qədər Bill və Melinda Qeyts Fondunun müxtəlif layihələrin maliyyələşdirilməsinə 200 milyard dollar yönəltməli olacağını açıqlayıb:

“Öləndə haqqımda çox şeylər deyiləcək, amma qərara gəldim ki, insanların deyəcəyi şeylərdən biri “Zəngin öldü” olmamalıdır".

Oktyabrda 70 yaşı tamam olan Qeyts yazır ki, başqalarına kömək edə biləcək resursları saxlaya bilmək üçün təcili diqqətə ehtiyacı olan çoxlu problemlər var:

"Ona görə də qərara gəldim ki, vəsaitlərim cəmiyyətə əvvəlcə planlaşdırdığımdan daha tez qaytarılsın. Növbəti 20 il ərzində mən bütün sərvətimi Qeyts Fondu vasitəsilə bütün dünyadakı insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün verəcəyəm və 31 oktyabr 2045-ci ildə fond öz fəaliyyətini həmişəlik dayandıracaq”.

Seçilən
0
1
unikal.az

2Mənbələr