AZ

ABŞ vitse-prezidentindən SENSASİON AÇIQLAMA: “Rusiya danışıqlarda qeyri-səmimi olsa…”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News telekanalına verdiyi açıqlamasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə aparılan sülh danışıqları ilə bağlı mühüm bəyanatla çıxış edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əgər Moskva sülh danışıqlarında qeyri-səmimi mövqe sərgiləyərsə, ABŞ bu prosesdə iştirakını dayandıracaq. Vens qeyd edib ki, Rusiya hələ işğal etmədiyi əraziləri belə ilkin sülh planına daxil etməklə əsassız tələblərlə çıxış edir.

“Biz bilirdik ki, rusların ilk təklifi həddindən artıq olacaq. Onlar reallıqdan uzaq istəklərlə çıxış edəcək. Bu, danışıqlarda normaldır. Amma əgər biz belə nəticəyə gəlsək ki, ruslar səmimi deyillər, o zaman prosesi tərk edəcəyik”, – deyə Vens bildirib.

O vurğulayıb ki, ABŞ tərəfləri masa arxasına gətirə bilər, ancaq onları razılaşmaya məcbur edə bilməz. “Əgər biz bu danışıqlarda irəliləyişin mümkünsüz olduğuna əmin olsaq, ABŞ öz vasitəçilik səylərini dayandıracaq”, – deyə vitse-prezident əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr