08.05.2025-ci il tarixində saat 22:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (1-i kişi cinsli, 3-ü qadın cinsli olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu haqda TƏBİB-in hadisə ilə bağlı APA-nın sorğusuna cavabında bildirilib.
Bildirilib ki, xəsarət alan şəxslərin hər birinə ilkin zəruri tibbi xidmət göstərilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
***
22:06
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətə olan “VAZ 21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı Gəncə sakini olan 1953-cü il təvəllüdlü M. Sadıqov, 1955-ci il təvəllüdlü S. Piriyeva, 1961-ci il təvəllüdlü Z. Sadıqova və 1956-cı il təvəllüdlü Z. Vəliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.