Sankt-Peterburq reysi qalmaqalla yadda qalıb.
KONKRET.az xəbər verir ki, Soçi-Sankt-Peterburq reysində qeyri-adi insident yaşanıb. Leopard naxışlı geyimdə olan bir qadın əlavə baqaj haqqını ödəmək istəmədiyindən təyyarədə əsil qalmaqal yaradıb.
Sərnişin əvvəlcə bütün əşyalarını salona daşıyaraq yuxarıdakı rəflərə yerləşdirib və yerinə əyləşib. Lakin onun bu “ixtiraçılıq təşəbbüsü” kabin heyətinin diqqətindən yayınmayıb. Digər sərnişinlərin əl yükü üçün yerlər qalmadığından, stüardessa qadından əşyalarının miqdarını qaydalara uyğunlaşdırmağı xahiş edib. Cavab isə histerik olub.
Sonda polis hadisəyə müdaxilə etməli olub. Qadın sərnişin digər yolçuların alqışları sədası altında təyyarədən çıxarılıb və uçuşdan imtina edilib. Nəticədə, qənaət etmək istəyən qadının hərəkətləri daha baha başa gəlib.
Natiq Səlim,
KONKRET.az