AZ

Yasamalda küçə ticarətinə göy yumurlar...

Heç kimə sirr deyil ki, Bakının bir çox rayonlarda  küçə ticarətinin qarşısı alınıb. Amma buna baxmayaraq paytaxtın Yasamal və  Nəsimi rayonlarında küçə ticarəti bu gün tüğyan edir.

Bu vəziyyətə isə küçə ticarətinin qarşısını almalı olan  qurumlar göz yumurlar. Hansı ki, küçə ticarətinin qarşısının alınması ilə bağlı uzun illərdir məlum qərar qüvvədədir. Qərarın qüvvədə olmasına baxmayaraq, yenə adını çəkdiyimiz rayonların küçələrində alver davam edir. Nəsimi rayonunda  " 20 yanvar" metrostansiyasının ətrafında və " Şamaxinka" deyilən yerdə tozun- torpağın içində hər cür kənd təsərrüfatı məhsulları satılır.

Bu qanun pozuntusuna isə  Post- Patrul  və Çevik Polis Alayının əməkdaşları laqeyd yanaşır və  nöqsanları  sanki təkan verirlər. Yasamal rayonu ərazisində  vəziyyət daha açınacaqlıdır. Məsələn , Bəxtiyar Vahabzadə kücəsində  kənd təsərrüfatı məhsullarının yola yığılmasına görə hərəkət etmək mümkün deyil.  Yasamal rayonunda fəaliyyət göstərən Çevik Polis Alayı bölüyünün əməkdaşları isə  öz vəzifə borclarını icra edib , onlara qarşı yetərincə mübarizə aparmır.Metronun " Elmlər akademiyası" stansiyasının yaxınlığından Elmlər Akademiyasına gedən yolda vəziyyəti lap bərbaddır.

Burda hər cür mer- meyvə və kənd təsərrüfatı məhsulları satılır. Bura küçədən çox bazara oxşayır. Ordakı görüntülərin şəklində çəkdik. Baxın , görün bura küçədir, yoxsa bazar?! Polis əməkdaşları isə bu anları çox soyuqanlı  müşahidə  edirdi. Təəssüf, min təəssüf! Bax , belə  ! Bizdən deməkdir. Nöqsanları aradan qaldırmaq isə əlaqədar qurumların vəzifəsidir.Gözləyək görək bu işlərin axırı necə olur!

Emil Faiqoğlu    

Seçilən
0
adalet.az

1Mənbələr