Vaşinqton gələn həftə Çindən idxal olunan mallara tətbiq olunan rüsumların 145%-dən 50%-ə endirilməsini elan etməyi düşünür.
APA xəbər verir ki, bu barədə “New York Post” mənbələrə istinadən məlumat yayıb.
"ABŞ danışıqlar müddətində rüsumları 50%-ə endirmək niyyətindədir", - məlumatda deyilir.
Qeyd edək ki, ABŞ və Çin nümayəndələri arasında ticarət danışıqları həftənin sonunda İsveçrədə başlayacaq.