AZ

Faşizm üzərində qələbədən 80 il ötür

BAKI, 9 may. TELEQRAF

Bu gün Azərbaycanda Faşizm Üzərində Qələbə Günü qeyd edilir.

Teleqraf xatırladır ki, sözügedən qələbədən 80 il ötür.

Dünya tarixinin ən dəhşətli müharibəsi olan İkinci Dünya Müharibəsin mütərəqqi bəşəriyyətin nasist ideologiyasına qarşı görkəmli zəfəri ilə başa çatmışdı. Şübhəsizdir ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının və Bakı neftçilərinin rolu danılmazdır. Onlar həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq göstərərək qələbəyə töhfə vermişdi. Döyüşlərin ilk günündən sonuna qədər Azərbaycanın 23,5 milyon ton nefti istehsal olunub ki, bu da SSRİ-də istehsal edilən "qara qızıl"ın 71,4%-ni təşkil edib.

Statistikaya əsasən, Rusiyaya Azərbaycan tərəfindən 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərilib. Xüsusi qeyd etmək lazımdır ki, kimya elimlər doktoru, akademik Yusif Məmmədəliyevin səyi nəticəsində aviasiya benzinin alınmasısı üçün yeni texnologiyası yaradılıb. Əsəb deyil ki, məhz buna görə almanlar 1941-ci ilin sentybrına qədər Bakını ələ keçirmək istəyirdilər.

1939-cu il sentyabrın 1-də Almaniya ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etdi və bununla da müharibə başladı. Azərbaycanlı hərbçilər isə döyüşlərə SSRİ-yə hücum edilən vaxt 22 iyun 1941-ci ildə daxil oldular. Onlar müharibə bitənə - 1945-ci il mayın 9-dək döyüşdülər. Rəsmi rəqəmlərə görə müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Onlardan təxminən yarısı həlak olub. Azərbaycanlı hərbçi və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Berlinədək döyüş yolu keçib. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslər və onların ailə üzvləri Azərbaycan dövlətinin hər zaman diqqətindədir. Prezident İlham Əliyevin 21 aprel 2025-ci il sərəncamına əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə şəhərin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bununla əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda İkinci Dünya Müharibəsi veteranlarından sağ olanların sayı 21 nəfər təşkil edir.

Ümumilikdə isə İkinci Dünya Müharibəsində qazanılan qələbə təkcə bir dövrün sona çatması deyil, həm də gələcək nəsillərə verilmiş mühüm bir dərsdir – azadlıq, müstəqillik, sülh uğrunda birlik və fədakarlıqla mübarizə aparmaq zəruridir. Azərbaycanın bu mübarizədə göstərdiyi örnək, sadəcə keçmişin deyil, bu günün və gələcəyin də yol göstəricisidir.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr