AZ

Azərbaycan millisi İstanbulda 6 medalla ikinci yeri tutdu

BAKI. 8 may. TELEQRAF

Azərbaycanın 20 yaşadək yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərindəki "Çempionlar" turnirinin son günündə də 2 medal qazanıblar.

Teleqraf xəbər verir ki, Tural Əhmədov (63 kq) gümüş, Elmin Əliyev (82 kq) bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan millisi ənənəvi turniri 6 (3 gümüş, 3 bürünc) medalla başa vurub. Öncəki günlərdə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) bürünc medal əldə edib.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığma 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.

Xatırladaq ki, "Çempionlar" turnirində azərbaycanlı II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.

Seçilən
0
12
teleqraf.com

10Mənbələr