AZ

Sürücünü: "48 litrlik çənə, guya 76 litr yanacaq "doldurublar" - Foto

Vətəndaş Halduz Novruzov "LUKOIL-Azerbaijan" şirkətinə məxsus yanacaq doldurma məntəqəsindən şikayətçidir.

Bizimyol.info xəbər verir ki, H.Novruzova məxsus 2014-cü ilin istehsalı olan "Hyundai Elantra" avtomobilin benzin bakı 48 litr tutduğu halda "LUKOIL-Azerbaijan" yanacaq doldurma məntəqəsinin Bakı-Sumqayıtda yolunda yerləşən 4 saylı Yanacaq doldurma məntəqəsi 76 litr yanacaq vurublar.

"Benzin bakı 48 litr, yəni 43.5 manat tutduğu halda "LUKOIL" yanacaqdoldurma məntəqəsində nə az nə çox 76 litr, yəni 69 manatlıq yanacaq vurublar. Hələ bakda 10 manatlıq da yanacaq olub. Bax belə aldadırlar insanları. Bununla bağlı "Lukoil"un qaynar xəttinə şikayət etmişəm, mənə "gəl 30 manatın götür” dedilər",-dedilə Haldun Novruzov bildirib.

Məsələ ilə bağlı "LUKOIL-Azerbaijan" şirkətindən açıqlama almaq mümkün olmayıb.

www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr