Dünyanın ən populyar kriptovalyutası olan “Bitcoin”in qiyməti 7 fevral 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min ABŞ dollarını keçib.
KONKRET.az-ın “Binance” birjasına istinadən məlumatına görə, son sutka ərzində “Bitcoin” 3,79% bahalaşaraq 100,710 dollar səviyyəsində dəyər qazanıb. Analitiklər bu artımı bazarda risk iştahının artması və institusional investorların marağının güclənməsi ilə izah edirlər.
Xatırladaq ki, “Bitcoin”in tarixi maksimum qiyməti 2025-ci il yanvarın 20-də “Coinbase” platformasında 109,358 dollar səviyyəsində qeydə alınıb.
Natiq Səlim,
KONKRET.az