AZ

Partiya sədri: "Fransa suverenliyini itirib"

Fransa İkinci Dünya Müharibəsindən sonra qazandığı suverenliyini itirib.
 
Moderator.az xəbər verir ki, bunu "Ayağa qalx, Fransa" partiyasının lideri Nikola Düpon-Enyan "Europe 1" radiosuna bildirib.
 
"8 may yalnız nasist Almaniyası üzərində qələbə deyil. Bu, Fransanın suverenliyi məsələsidir. Və sizə deyə bilərəm ki, 80 il sonra Fransa artıq suveren deyil", - deyə Düpon-Enyan qeyd edib.
 
O əlavə edib ki, Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin öz müdafiə qabiliyyətini itirməklə nəticələnəcək siyasət yürüdür.
 
"Fransanın artıq öz sərhədləri, valyutası, büdcəsi və qanunvericiliyi yoxdur, - deyə siyasətçi vurğulayıb.
Seçilən
0
moderator.az

1Mənbələr