AZ

Yazda tez-tez baş ağrısının səbəbləri nələrdir?

"Yazda baş ağrıları daha çox allergiya və dəyişkən hava şəraiti ilə bağlı olur".

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri rusiyalı həkim Punam Krişan deyib.

Həkim qeyd edib ki, ilk mümkün səbəb tozcuğa qarşı allergiyadır. Onun sözlərinə görə, qıcıqlandırıcıya cavab olaraq orqanizm histamin adlı maddə ifraz edir: "Bu maddə təkcə asqırma və gözlərdə qaşınma yaratmır, həm də burun sinusitlərində iltihaba səbəb olur ki, bu da güclü baş ağrısına gətirib çıxarır.

İkinci səbəb dəyişkən hava şəraiti zamanı baş verən atmosfer təzyiqinin dalğalanmalarıdır. Hava şəraiti qan damarlarına təsir göstərir. Damarlar daralıb-genişlənərək baş ağrısına səbəb olur".

Baş ağrısının ən yayılmış səbəbi isə həkimin fikrincə, orqanizmin susuz qalmasıdır. Onun sözlərinə görə, insan özünü narahat hiss etməsə belə, bədən su çatışmazlığı yaşaya bilər.

Seçilən
0
olke.az

1Mənbələr