ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Rusiya lideri Vladimir Putin hərbi cinayətkardır.
Bu, Bessentin beynəlxalq maliyyə sistemindəki vəziyyətlə bağlı məruzə etdiyi Konqres dinləmələri zamanı baş verib. Ondan Rusiya liderini hərbi cinayətkar hesab edib-etmədiyini soruşduqda amerikalı nazir belə cavab verib: “Bəli”.
“Hərbi cinayətkarla danışmağa dəyərmi” sualına isə Bessent belə cavab verib: “Düşünürəm ki, diplomatiyanın xarakteridir ki, hər iki tərəflə danışıqlar aparılmalıdır.
Düşünürəm ki, İkinci Dünya Müharibəsindən sonra yaponlarla danışıqlar lazım idi”.
//Samir Qurbanov, Editor.az