Türkyə aviadaşıyıcısıı “Türk Hava Yolları” Türkiyə kurortlarından Rusiya şəhərlərinə bütün reysləri ləğv etmək qərarına gəlib. Antalya, Bodrum və Dalamandan Moskva da daxil olmaqla Rusiyanın şəhərlərinə bütün reyslər ləğv edilib.
Mənbələr qeyd edir ki, hazırda turoperatorlar daimi əlaqə saxlayır və mövcud vəziyyəti həll etməyə çalışırlar.
Agentliyin mənbəsi hesab edir ki, şirkətin qərarı Rusiya hava limanlarında uçuşların təxirə salınması və ləğv edilməsi ilə bağlıdır.
Mənbə onu da vurğulayıb ki, Antalyadan Moskva və Sankt-Peterburqa 16-ya yaxın aviareys ləğv edilib.
//Samir Qurbanov, Editor.az