Rusiya Prezidenti Vladimir Putin Robert Prevonu yeni Roma Papası seçilməsi münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, yeni Roma Papası XIV Leoya ünvanladığı təbrikdə Putin əvvəlki pontifik II Fransiskin dövründə Rusiya və Vatikan arasında mövcud olan konstruktiv dialoqun inkişaf edəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı xristian dəyərlərinə əsaslanan qarşılıqlı əlaqələrin inkişafına da əmin olduğunu bildirib.