AZ

Pakistan – Hindistan müharibəsi: tarixin ən böyük hava döyüşü baş verdi

Pakistan və Hindistan arasında hava döyüşündə 125 qırıcı təyyarə iştirak edib.

Bu barədə CNN telekanalı Pakistan təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu, müasir aviasiya tarixində ən böyük və ən uzun sürən qarşıdurmalardan biri olub.
CNN mənbəsi aydınlaşdırıb ki, tərəflərdən heç biri öz hava məkanını tərk etməyib.

O, hava hücumlarının mübadiləsinin bəzən 160 km məsafəni keçdiyini təxmin edib. Pakistan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə Hindistana məxsus 5 döyüş təyyarəsi vurulub. Mənbə düşmənin hava məkanına uçmaqdan imtinasını 2019-cu ildə baş vermiş münaqişə ilə izah edib. Daha sonra Hindistan Hərbi Hava Qüvvələrinin pilotu Pakistan ərazisində vurulub. Hindistana qayıtmazdan əvvəl o, yerli televiziyada göstərilib.

Mənbə bu dəfə Yeni Dehli və İslamabad belə “alçaldılma”nı yaşamaq istəməyib.
Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan ordusu “Sindoor” əməliyyatına başlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr