İranın Semnan vilayətində gizli nüvə obyektinin görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, ABŞ-ın “Fox News” telekanalı bu gün İranın müxalifət təşkilatı tərəfindən təqdim edilmiş peyk görüntülərini yayımlayıb. Söhbət “Keşet Obyekti” adlandırılan və daha əvvəl məlum olmayan yeni nüvə obyektindən gedir.
Görüntülərdən məlum olur ki, obyekt İranın Semnan vilayətində yerləşir və yaxınlığında oktyabr ayında İsrailin hücumuna məruz qalmış tanınmış raket-kosmik bazası da mövcuddur. Məlumata görə, obyektin kimya zavodu adı altında gizlədildiyi və əslində burada mülki nüvə energetikası ilə əlaqəsi olmayan tritium – radioaktiv izotopun çıxarılması işlərinin aparıldığı bildirilir.
Həmin görüntüləri təqdim edirik:
Natiq Səlim,
KONKRET.az