AZ

İstilər gəlir, bir çox avtobuslarda...

Havalar isti olanda kondisioneri olmayan avtobus və avtomobillərdə mənzil başına getmək daha çətin olur.

Əlbəttə, bunları başa düşmək olur. Amma onu başa düşmək olmur ki,bəzi avtobus marşrutlarında işləyən avtobuslarda  kondisionerlər  yoxdur.  Təbii ki, bu da sərnişinlərin haqlı narazılğına səbəb olur. Məsələn, metronun  " Neftçilər" stansiyasından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli marşrutda hərəkət edən avtobuslarda heç vaxt kondisioner olmayıb.

Və şübhəsi bu yayda olmayacaq. Ən azından ona görə ki, həmin avtobusların hamısı fiziki və mənəvi cəhətdən köhnəlib. Yəni onlar istismar müddətini başa çatdırıb. Yəni gərək sahibkar yeni avtobuslar almalı və xəttə buraxmalıdır. Reallıq isə bundan ibarətdir ki həmin sahibkarın bunları indiki vəziyyətdə  icra etməyə maddi imkanı yoxdur.

Deməli, bu yay da 50 nömrəli avtobusalardan istifadə edənlər istidən bişəcək. Sürücülər isə çıxış yolunu avtobusları qapısıaçıq  idarə etməkdə görəcəklər!!!

Emil Faiqoğlu

Seçilən
0
adalet.az

1Mənbələr