"Aston Villa"nın qapıçısı Emiliano Martinez bu mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçu yayda klubunu dəyişə bilər, çünki Birmingem təmsilçisi qapıçı mövqeyini yeniləmək istəyir.
Qeyd edək ki, Martinezin Birmingem klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir və ekspertlər onun transfer dəyərini 25 milyon avro qiymətləndirirlər.
Xatırladaq ki, argentinalı oyunçu 2020-ci ildən “Aston Villa”da çıxış edir.Bu mövsüm argentinalı qolkiper Birmingem komandasının heyətində İngiltərə çempionatında 34 oyun keçirib, 7 oyunda qapısını təmiz saxlayıb.