Türkiyə Futbol Federasiyası (TFF) Turkcell Superkuboku-2025 oyunlarının formatı haqqında dəyişiklik edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF açıqlama yayıb.
Bildirilib ki, Turkcell Superkuboku-2025 oyunları bundan sonra 4 komanda ilə oynanılacaq: "4 komanda ilə və tək matçlı oyuna növbəti mərhələnin cütlükləri bəlli olacaq. Həmçinin, liqa çempionu və Türkiyə kubokunun finalçısı ilə Türkiyə kubokunun çempionu ilə liqa ikincisinin yarımfinal matçlarında üz-üzə gələcəklər"
Fərid ASLAN
MİA.AZ