AZ

Xarici şirkətlər Rusiyaya qayıdır?

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib ki, xarici biznesin Rusiyaya qaytarılması prosesi artıq gedir, lakin bu, açıq deyil.

Onun sözlərinə görə, xarici əmtəə nişanlarının qeydiyyatı da bunun bir göstəricisidir. Dmitriev iddia edir ki, müxtəlif sənaye sahələrində bir çox biznes “maraqlarını təsdiqləyir və birbaşa danışıqlar aparır. Biz artıq görürük ki, bəzi şirkətlər geri qayıdırlar, bu, sadəcə olaraq o qədər də açıq şəkildə baş vermir, lakin təbii ki, bu proses artıq davam edir”, – RDIF rəhbəri bildirib.

Prezident Vladimir Putin xarici şirkətləri geri qaytararkən Rusiyanın maraqlarını nəzərə almağa çağırıb. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, xarici şirkətlər Rusiyaya yalnız ölkə üçün əlverişli şərtlərlə qayıda bilər. Aprel ayında “Bloomberg” xəbər vermişdi ki, Rusiya hakimiyyətinin xarici şirkətlərin geri qaytarılması tələbləri Qərb bizneslərini qane etmir.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr