AZ

Niderland da Rusiya ilə müharibəyə hazırlaşır

Hollandiyanın hərbi kəşfiyyat agentliyi MIVD illik hesabatında Rusiya ilə Çin arasında geosiyasi, iqtisadi və hərbi əlaqələrin dərinləşdiyini bildirib.

Kəşfiyyat xidmətinin məlumatına görə, bu, Avropa üçün risklər yaradır.

MIVD-nin direktoru Peter Riznik Rusiyanın davam edən hərbi güclənməsi ilə bağlı narahatlığını ifadə edib.
MIVD hesabatı aprelin sonunda dərc edilib. Hollandiya kəşfiyyat agentliyi bildirir ki, Rusiya “toplumlarına təsir etmək üçün Hollandiya və onun Avropalı müttəfiqlərinə qarşı hibrid hücumları gücləndirir”. “Rusiyanın müxtəlif seçkilərə müdaxiləsi ilə bağlı məlumatımız var, nəinki dezinformasiya… Bu, əsasən, əvvəllər Rusiyanın təsiri altında olan ölkələrə aiddir”, – deyə Riznik bildirib.

MİVD direktorunun sözlərinə görə, Ukrayna ilə sülh razılaşması əldə olunarsa, Rusiya bir il ərzində yeni hərbi münaqişəyə hazır ola bilər. “Niderland, digər NATO ölkələri kimi, bu baş verərsə, hazır olacağımıza əmin olmaq üçün yüksək hazırlıq vəziyyətində olacağıq”, – Peter Riznik qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr