AZ

Qazaxda yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turnirinin qalibləri müəyyənləşib

Qazax, 8 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turnirinin final mərhələsi keçirilib. Turnirdə 60 idmançı iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov idmançılarla görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunduğunu söyləyib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən, gənclərə və idmana göstərdiyi diqqət və qayğısından geniş bəhs edib. Bu gün respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin dəst-xətinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini vurğulayan A.Nəbiyev idmançılara uğurlar arzulayıb.

Sonda yeniyetmələr arasında keçirilən yunan-Roma güləşi üzrə rayon turnirinin qalibləri YAP Qazax Rayon Təşkilatının Fəxri fərmanları ilə təltif olunub.

Seçilən
0
azertag.az

1Mənbələr