ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb, gərginliyin dərhal azaldılmasının vacibliyini vurğulayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
"Dövlət katibi gərginliyin dərhal azaldılmasının zəruriliyini vurğulayıb. O, ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiyaların yaxşılaşdırılması üçün səylərin davam etdirilməsinə çağırıb", - bəyanatda deyilir.