Cammu şəhərində yerləşən hava limanında partlayışlar olub.
Modern.az bu barədə AFP-yə istinadən xəbər verir.
Partlayışın nəticələri barədə məlumat yoxdur. Cammu və Kəşmir bölgəsində yerləşən şəhərdə baş verən partlayışlar barədə "Reuters" agentliyi də məlumat yayıb.
Məlumata görə, Pakistan pilotsuz uçuş aparatları və raketlərdən istifadə edərək şəhəri vurub.
Təhlükəsizlik rəsmisi agentliyə bildirib ki, Pakistan Cammuda yerləşən ordu obyektlərinə hücum edib. Hərbi rəsmilərdən biri həmçinin əlavə edib ki, Hindistan regionun digər şəhərlərini hədəf alan 8 raketi ələ keçirib.