Avropa İttifaqı (Aİ), Ukraynaya 1 milyard avro kredit ayırıb.
Busaat.az xəbər verir ki, yardım, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər əsasında maliyyələşdirilən kredit mexanizminin bir hissəsidir.
“Bu gün biz G7 təşəbbüsü çərçivəsində dördüncü ödəniş olaraq Ukraynaya daha 1 milyard avro göndəririk”,- deyə Aİ İqtisadi Məsələlər üzrə Komissarı Valdis Dombrovskis bildirib.
Nərmin Səmidova
Busaat.az