ABŞ prezidenti Donald Tramp yeni Roma Papası Robert Francis Prevostu Roma Katolik Kilsəsinin lideri seçilməsi münasibətilə təbrik edib.
Manset.az-ın məlumatına görə, bu barədə Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
"Onun Amerikanın ilk Papası olduğunu bilmək böyük şərəfdir", - deyə Amerika lideri qeyd edib.
Bundan əlavə, Tramp mümkün qədər tez görüşə ümid etdiyini bildirib.
Yeganə