AZ

"Bizdə lazımi qədər qələbə istəyi yox idi"

Erlinq Haaland "Mançester Siti"nin uğursuz mövsümünün səbəbini açıqladı.

Sportal.az xəbər verir ki, "şəhərlilər" bu mövsüm son beş ildə ilk dəfə Premyer Liqanı qazana bilməyib və Çempionlar Liqasının pley-off mərhələsində "Real"a uduzaraq mübarizəni dayandırıb.

"Əlbəttə, bəhanələr gətirmək olar, zədələrin uyğun olmayan vaxtda baş verməsindən danışmaq olar, amma biz sadəcə kifayət qədər yaxşı oynamadıq. Bizdə lazımi qədər aclıq (qələbə istəyi) yox idi.

Mən kifayət qədər yaxşı deyildim. Komandama yetərincə kömək edə bilmədim." – deyə "Mançester Siti"nin hücumçusu bildirib.

Bu mövsüm Haaland İngiltərə klubunun heyətində 40 matçda 30 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr