AZ

"Çin bizimlə razılaşmaq istəyir" - Tramp

ABŞ prezidenti Donald Tramp İsveçrədə Çinlə aparılacaq danışıqların əhəmiyyətindən söz açıb. ABŞ prezidenti İngiltərə ilə əldə olunan ticarət razılaşmasını ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


Manset.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ABŞ prezidenti İsveçrədə Çinlə danışıqların çox vacib olduğunu və ticarət razılaşmasının Çin üçün də çox faydalı olacağını bildirib.

"Çin bizimlə razılaşmanı çox istəyir. Bunun necə nəticələnəcəyini görəcəyik",-deyə Tramp vurğulayıb.

Çin prezidenti Si Cinpinqlə çox yaxşı münasibətdə olduğunu açıqlayan Tramp, iki ölkə arasında imzalanacaq razılaşmanın bütün dünya üçün faydalı olacağını vurğulayıb.

Yeganə

Seçilən
0
manset.az

1Mənbələr