AZ

Putin yeni Roma Papasını seçilməsi münasibətilə təbrik edib



Rusiya prezidenti Vladimir Putin yeni Roma Papası XIV Leo, amerikalı kardinal Robert Prevost seçilməsi münasibətilə təbrik edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Putin təbrik teleqramında Rusiya Federasiyası ilə Vatikan arasında dialoqun gələcək inkişafına ümid etdiyini bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp yeni Roma Papasını seçilməsi münasibətilə təbrik edib.

"Onun Amerikanın ilk Roma Papası olduğunu bilmək böyük şərəfdir", - Amerika lideri qeyd edib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
0
aia.az

1Mənbələr