AZ

Polşa XİN başçısından önəmli AÇIQLAMA – ABŞ Çin və Türkiyəni əvəzləyə bilər

 “Rusiya və Ukrayna arasında vasitəçi kimi ABŞ-ı Türkiyə və Çin əvəz edə bilər”

KONKRET.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya ilə Ukrayna arasında mümkün sülh danışıqlarında ABŞ-ın vasitəçi rolunu itirə biləcəyini deyib. Onun sözlərinə görə, bu funksiyanı gələcəkdə Türkiyə və Çin öz üzərinə götürə bilər.

Sikorski qeyd edib ki, qlobal diplomatik səhnədə dəyişən şərtlər fonunda bir sıra ölkələr yeni vasitəçilik təşəbbüsləri ilə çıxış etməyə hazır olduqlarını nümayiş etdirirlər. Xüsusilə Ankara və Pekin bu istiqamətdə fəallıq göstərir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr