Milyarder Bill Qeyts, sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın xarici yardımların kəsilməsi ilə "dünyanın ən yoxsul uşaqlarını" öldürdüyünü söyləyib.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, Vaşinqtondan gələn xarici yardımın azalması dünyanın həssas bölgələrində ərzaq və dərman ehtiyatlarının tükənməsinə gətirib çıxarır və həmçinin qızılca, İİV və poliomielit xəstəliyinin yeni ocaqlarının yaranmasına təsir göstərə bilər.
Qeyts qeyd edib ki, Mask həmçinin Mozambikin Qəza əyalətindəki xəstəxanaya İİV-in analardan uşaqlara keçməsinin qarşısını almaq məqsədi daşıyan qrantları da ləğv edib. Milyarder hesab edir ki, DOGE rəhbəri qrantları ləğv etmək qərarına Vaşinqtonun Qəzza zolağında Fələstin HƏMAS yaraqlılarını kontraseptivlərlə təmin etdiyinə dair yanlış inanc ucbatından gəlib.
Qeyts əlavə edib ki, Maskın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) necə işlədiyi və məqsədinin nə olduğu barədə heç bir məlumatı yoxdur.