Baku TV kanalında jurnalist Turan İbrahimovun aparıcılığı ilə yayımlanan “Analitik baxış” verilişi yayınlanıb.
Musavat.com xəbər verir ki, proqramda regionda baş verən siyasi hadisələr, geosiyasi gərginliklər və xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 9 May Qələbə paradı üçün Moskvaya getməməsi əsas müzakirə mövzularından olub.
Verilişdə Musavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu və tanınmış jurnalist-analitik, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov iştirak edib. Qonaqlar Əliyevin bu addımının arxasında dayana biləcək səbəbləri, Azərbaycanın həmin dövrdəki xarici siyasət kursunu və Rusiya-Azərbaycan münasibətlərindəki son dinamikanı təhlil edib.
Musavat.com verilişi təqdim edir: