"Mançester Yunayted"in sabiq futbolçuları Devid Bekhem və Qari Nevil İngiltərənin dördüncü divizionunda çıxış edən "Salford Siti"ni alıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Mən Salfordda böyümüşəm. Orada yaşadıqlarımla bağlı çox gözəl xatirələrim var. Bu yer və onun insanları mənim futbol karyeramda mühüm rol oynayıb. Salford Siti onun icmasının mərkəzindədir. Onun zəngin tarixi var və mən növbəti fəslin bir hissəsi olmaqdan çox şadam", - Bekhem deyib.
The Athletic-in məlumatına görə, Bekhem və Nevil, "Salford Siti"nin nəticələrini yaxşılaşdırmaq məqsədilə klubun əsas səhmdarı Peter Limin ayrılmasından sonra aylarla investisiya tərəfdaşı axtarışında olublar.
Nəhayət, “Mançester Yunayted”in keçmiş oyunçuları ABŞ-ın “Consello” konsaltinq firmasının təsisçisi Declan Kelli və "Lawn Tennis Association"ın sədri Lord Mervin Davyes ilə əməkdaşlıq ediblər. Hər iki şəxs "Salford Siti"nin direktorlar şurasında həmsədr vəzifəsini icra edəcək.