AZ

Yorğunluq, ağrı, yuxusuzluq: Hamısının altında bu xəstəlik yata bilər

Yorğunluq, ağrı, yuxusuzluq:

Əgər səhərlər yuxudan dincəlmiş kimi oyanmırsınızsa və gün ərzində izah edə bilmədiyiniz ağrılarla gəzirsinizsə, bu vəziyyətin səbəbi yalnız yuxu çatışmazlığı olmaya bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xroniki stress altında işləyən insanlarda fibromiyalgiya xəstəliyinə daha çox rast gəlinir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Fiziki Təbabət və Reabilitasiya üzrə mütəxəssis Dr. Mert Sancar bildirir ki, fibromiyalgiya özünü daimi yorğunluq, yayılmış bədən ağrıları, yuxu pozuntuları və bəzən həzm problemləri ilə göstərir. Bu pozğunluq xüsusilə jurnalistika, memarlıq və maliyyə kimi gərgin sahələrdə çalışan insanlarda, eləcə də işindən narazı olan şəxslərdə daha çox müşahidə olunur.

Dr. Sancar deyir ki, bu xəstəliyi olan insanlar “Bütün testlərim təmiz çıxır, amma hələ də ağrılarım var”, - deyə şikayət edirlər. Barmaq uclarından çiyinlərə, beldən dabanlara qədər yayılan ağrılar heç bir analiz nəticəsində aşkarlanmasa da, həyat keyfiyyətini ciddi şəkildə azalda bilir.

Müalicənin əsas açarı: hərəkət

Xəstələrin ən böyük səhvi "Ağrılarım var, hərəkət etməməliyəm" düşüncəsidir. Halbuki yüngül və müntəzəm fiziki fəaliyyət – məsələn, gəzinti, pilates, yoqa və ya Tai Çi – həm əzələləri gücləndirir, həm də sinir sistemi ilə əzələlər arasında tarazlığı bərpa edir.

Təhlükəsiz üsullar: Quru iynə və nevroterapiya

Müalicə zamanı quru iynə texnikası ilə əzələlərdəki tətik nöqtələrə müdaxilə edilir və ağrılar azaldılır. Həmçinin, nevroterapiya vasitəsilə sinir sistemi sakitləşdirilir, bu da yuxu və həzm problemlərinin həllinə kömək edir.

Təkcə dərmanla kifayətlənmək olmaz

Dr. Sancar bildirir ki, bəzi dərmanlar ağrı qəbulunu tənzimləməyə kömək edə bilər, lakin bu, uzunmüddətli çıxış yolu deyil. O, psixoloji dəstək, nəfəs terapiyası, təbiətlə təmasda olmaq və sənətlə məşğuliyyət kimi fəaliyyətlərin fibromiyalji ilə mübarizədə çox təsirli olduğunu qeyd edir.

"Bu xəstəliklə mübarizədə passiv qalmaq deyil, aktiv şəkildə həyat tərzini dəyişmək əsasdır", – deyə mütəxəssis xəbərdarlıq edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr