AZ

Marneulidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Tbilisi, 8 may, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Sonra GAİM-in icraçı direktoru Murad Muradov müasir müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsində Ulu Öndərin xidmətlərindən danışıb. Bildirib ki, müasir Azərbaycan Konstitusiyasının müəllifi də məhz Heydər Əliyevdir və dahi şəxsiyyətin gərgin əməyi sayəsində ərsəyə gələn Ana qanunumuz hüquqi dövlət quruculuğunda tarixi rol oynayıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ili münasibətilə GAİM-in şagirdləri arasında keçirilmiş “Heydər Əliyev və Konstitusiya” mövzusunda inşa yarışmasının qalibləri mükafatlandırılıb.

Qaliblərə sertifikatlar, kitab və digər hədiyyələr təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
0
azertag.az

1Mənbələr