Almaniya kansleri Fridrix Merts pisləşən miqrasiya böhranı ilə əlaqədar milli fövqəladə rejim tətbiq etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə “Die Welt” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Əsas tədbirlərə Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin qaçqınlara sığınacaq verilməsindən imtina etməyə imkan verən 72-ci maddəsinin aktivləşdirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və deportasiya prosedurlarının sürətləndirilməsi daxildir.
Bundestaq seçkiləri öncəsi keçirilən "YouGov" sorğusunun nəticələrinə görə, almanların 31%-nin əsas problemi miqrasiya olub. İkinci yerdə iqtisadiyyat və inflyasiya (26%), üçüncü yerdə sosial təminat (16%) durub.