AZ

Sabirabadda köpü su altında qalıb, kəndlərlə əlaqə çətinləşib

Sabirabad rayonunda panton köpünün quru hissəsi su altında qalıb, kəndərə gediş-gəliş şətinləşib.

“Report”un Aran bürosunun məlumatın görə, Kür çayının rayonun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb. Nəticədə çayın Ulacalı kəndindən keçən hissəsində körpünün quru ilə əlaqəsi kəsilib.

Aramsız yağışlar nəticəsində Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd sakinlərinin Bakı-Qazax magistral avtomobil yolundan istifadə etmələri çətinləşib.

Sakinlər bildirib ki, kəndlərə getmək üçün əlavə olaraq 15 km məsafə qət edərək Surra kəndində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalırlar.

Gediş-gəlişin bərpa olunması üçün əraziyə texnikalar cəlb edililib, lazımi tədbirlər görülür.

Qeyd edək ki, Ulacalı və Quruzma kəndlərini birləşdirən körpü 2000-ci ildə istifadəyə verilib.

Seçilən
0
16
report.az

10Mənbələr