AZ

12 şagird xəstəxanaya qaldırıldı!


Yozgatın Yerköy rayonunda 12 şagird ad günü şənliyində tort yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb.
İbn-i Sina Peşə və Texniki Anadolu Liseyində sinifə gətirdikləri ad günü tortu yeyən bəzi şagirdlər bir müddət sonra ürək bulanması, qarın ağrısı və qusma şikayətləri ilə qarşılaşıblar.
Vəziyyət məktəb rəhbərliyinə bildirildikdən sonra 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Təcili yardımla Yerköy Dövlət Xəstəxanasına aparılan 12 şagirdin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Tortun tədarük olunduğu müəssisə ilə bağlı araşdırmalara başlanılıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
0
1
aia.az

2Mənbələr